İkimarşrutlu “böyük erməni köçü” başlayıb: Ermənistanda Qarabağdakı


Siyasət 29 İyl 2021 21:26:00 97 0

İkimarşrutlu “böyük erməni köçü” başlayıb: Ermənistanda Qarabağdakı

Son.az musavat.com-a istinadən Elçin Xalidbəylinin yazısını təqdim edir

Erməni separatçıları Paşinyan hakimiyyətini onlara biganə yanaşmaqda suçlayırlar; Ermənistan cəmiyyətində isə Qarabağ ermənilərinə maliyyə dəstəyindən imtina ölkənin xilas yollarından biri hesab olunur, "Qoy, onları Azərbaycan yedirtsin" iddiaları ön plana çıxarılır...

Ermənistan Cənubi Qafqazı yenidən qarışdırmağa çalışır. Rəsmi İrəvan son 30 ildə regionda mövcud olmuş qeyr-müəyyən situasiyanın geri qaytarılmasına cəhd göstərir. Və davamlı hərbi təxribatlarla geopolitik şərtlərin dəyişdirilməsinə can atır.

Təbii ki, rəsmi İrəvanın bu pozuculuq fəaliyyətində Ermənistanın beynəlxalq himayədarlarının - ABŞ və Fransanın təhriklərinin birbaşa rolu olmamış deyil. Bu iki dövlət Cənubi Qafqaz regionunda itirilmiş mövqelərini, təhlükə altında qalmış maraqlarını xilas etmək üçün Ermənistanı öz geopolitik oyunlarının alətinə çeviriblər. Nəticədə rəsmi İrəvan əslində, öz maraqlarını riskə atan zərərli bir siyasi kursun girovuna çevrilməkdədir.

Əslində, hazırda rəsmi İrəvan birmənalı şəkildə üçtərəfli anlaşmaların icra olunmasında israr etməli idi. Çünki bu anlaşmalar regionda ən çox məhz Ermənistanın maraqlarına cavab verir. Hər halda, həmin sənədlərin tələbləri sürətlə icra edilsəydi, Paşinyan hakimiyyəti Ermənistanı indiki durumdan xilas etmək şansı qazanaqcaqdı.

Məsələn, sərhədlərin delimitasiya və demarkasiya prosesində böyük məsafə qət olunacaqdı. İki qonşu dövlət düşmənçiliyi bir kənara atıb, bir-birinin ərazi bütövlüyünü tanıyacaqdılar. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində önəmli addımlar atılmış olacaqdı. Nəticədə regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması qarşısında olan əsas əngəllər bir-bir aradan qaldırılacaqdı.

Hazırda Ermənistanın gələcək taleyini müəyyən edə biləcək əsas faktorların sırasında məhz nəqliyyat-kommunikasiya xətlərinin açılması ön planda yer alır. Bunu Paşinyan hakimiyyəti də anlayır və vaxtaşırı etiraf edir. Ermənistan baş naziri Nikol Paşinyan da son açıqlamasında bu önəmli məsələdən danışmaq məcburiyyətində qalıb.

Erməni baş nazir bildirib ki, Ermənistan Azərbaycan üzərindən Rusiyaya, Orta Asiyaya və digər istiqamətlərə nəqliyyat-kommunikasiya xətləri qazanmaqda maraqlıdır. Eyni zamanda, erməni baş nazir buna paralel olaraq, Azərbaycanın da Ermənistan üzərindən Naxçıvan da daxil olmaqla, müxtəlif istiqamətlərə nəqliyyat-kommunikasiya xətləri əldə etməkdə maraqlı olduğunu qeyd edib.

Göründüyü kimi, rəsmi İrəvan əslində, Ermənistan üçün vacib olan geopolitik layihələrin hansılar olduğunu tam dəqiqiliyi ilə bilir. Paşinyan hakimiyyəti Ermənistanın məhz nəqliyyat-kommunikasiya xətlərinin açılacağı təqdirdə, yenidən "nəfəs almaq" şansı qazana biləcəyini anlayır. Bu, baş verərsə, Ermənistanın hər ötən gün daha da dərinləşən sosial-iqtisadi böhrandan xilas ola biləcəyinin fərqindədir.

Ancaq Ermənistanın xarici himayədarlarına uyan Paşinyan hakimiyyəti ölkəsinin xilas qapılarını qapatmaqda israrlı mövqe tutur. Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa cəh etmək əvəzinə Ermənistanı daha dərin sosial-iqtisadi böhrana sürükləyən addımlar atır. Azərbaycanla sərhəd bölgəsin də hərbi təxribatlar törətməklə, Ermənistanın onsuz da olmayan dövlət büdcəsini boşaldır.

Halbuki Paşinyan hakimiyyəti bu hərbi təxribatlarla yalnız dövlət büdcəsini deyil, həm də elə Ermənistanı da boşaldır. Məsələ ondadır ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, ermənilər bu ölkənin perspektivlərinə ciddi şübhə ilə yanaırlar. Ona görə də, Ermənistandan mühacirət edənlərin sayı sürətlə artmağa başlayıb. Rəsmi statistikaya görə, bu ilin əvvəlindən Ermənistanı tərk edənlərlə ölkəyə qayıdanlar arasında nə az, nə çox, 30 min nəfər fərq var.

Təbii ki, bu rəqəm 2,5 milyana yaxın əhalisi olan Ermənistan üçün fəlakətin önəmli əlaməti sayıla bilər. Çünki bu, Ermənistanın böyük sürətlə boşalma mərhələsinə girdiyini təsdiqləyir. Əsas səbəblərsə, müharibə təhlükəsinin qalması, sosial-iqtisadi böhranın dərinləşməsi, gündəlik həyat şəraitinin olmaması ilə birbaşa bağlıdır.

Belə anlaşılır ki, Ermənistan müəyyən mənada, "apokolipsis təhlükəsi" qarşısında qalıb. Ermənistan sürətlə boşalır, əhali ölkəni tərk edir, sosial-iqtisadi böhran dalğası dərinləşir, aclıq-səfalət vəziyyətinin əhatə dairəsi genişlənir, erməni toplumu arasında parçalanma meyilləri və ümidsizlik artmaqda davam edir. Və bütün bunlar Ermənistan mətbuatında artıq etiraf olunur, Paşinyan hakimiyyətinin siyasi kursunun real təticələri kimi təqdim edilir.

Onu da qeyd edək ki, hazırda erməni toplumunda parçalanma meyilləri iki pilləli prosesə çevrilməyə başlayıb. Belə ki, bir tərəfdən Ermənistan əhalisi arasında siyasi-iqtisadi ziddiyyətlər dərinləşir, müxtəlif sosial təbəqələr arasında qarşıdurmalar güclənir. Digər tərəfdənsə, Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında parçalanma müşahidə edilir. Bu iki erməni toplumunun bir-birinə nifrət etməyə başladıqlarını artıq qətiyyətlə söyləmək mümkündür.

Məsələ ondadır ki, Ermənistan cəmiyyətində Qarabağ ermənilərinin artıq çəkilməsi çətin olan yükə çevrildiklərini düşünməyə başlayıblar. Hesab olunur ki, Qarabağ erməniləri Ermənistanın inkişaf imkanlarını məhdudlaşdıran əsas faktordur. Əgər, Ermənistan Qarabağ ermənilərindən imtina edərsə, ölkədə dolanışıq daha yaxşı ola bilər. Çünki bu halda, Ermənistan büdcəsinin müəyyən bir hissəsini Qarabağ ermənilərinə xərcləməyə ehtiyac olmayacaq.

Ermənistan cəmiyyətində üstünlük təşkil edən əsas çıxış yolu variantı ondan ibarətdir ki, rəsmi İrəvan "Dağlıq Qarabağın müstəqilliyi ideyası"ndan imtina etməlidir və maliyyələşmə prosesini tamamilə dayandlrmalıdır. Ermənistan erməniləri arasında Qarabağ ermənilərinin Rusiya, diaspora, hətta Azərbaycan tərəfindən maliyyələşdirilməsinin daha doğru olacağı fikri ön plana keçməyə başlayıb. Yəni, Ermənistan erməniləri öz ağır sosial durumlarına görə Qarabağ ermənilərini günahlandırırlar və onlara nifrət edirlər.

Əslində, son vaxtlar Ermənistanın Qarabağ ermənilərinə maliyyə dəstəyi verə bildiyini iddia etmək bir qədər çətindir. Çünki rəsmi İrəvanın Qarabağ separatçılarına ayırdığı maliyyə vəsaitinin həcminin bu il ciddi şəkildə aşağı düşdüyü bildirilir. Nəticədə Qarabağ erməniləri arasında da aclıq-səfalət dalğası genişlənməyə başlayıb. Yəni, hazırda Paşinyan hakimiyyəti Ermənistan əhalisini yedirdə bilmir. Ermənistandan əvvəlki illərdə olduğu kimi, geniş maliyyə dəstəyi ala bilməyən separatçı Araik Arutyunyan da Qarabağ ermənilərinin gündəlik dolanışıq təlabatı qarşısında acız qalıb.

Ona görə də, hazırda Ermənistanı bürüyən "böyük köç" Qarabağ ermənilərinə də aiddir. Hətta bu reallığı Qarabağdakı erməni separatçıların təmsilçisi David Babayan Rusiya mətbuatına açıqlamasında etiraf etməli olub. O, vurğulayıb ki, hazırda ermənilər ən xırda imkandan yararlanaraq, Qarabağı tərk edirlər: Bəli, bu, doğrudur. Qarabağda kütləvi köç artıq başlayıb. Çünki Ermənistan bizə yaxşı dəstək verə bilmir. Ya da sadəcə, dəstək vermək istəmirlər".

Erməni separatçı Paşinyan hakimiyyətindən narazılığını da biruzə verməkdən özünü saxlaya bilməyib: "Mən indiki vəziyyətə görə hətta Azərbaycanı günahlandırmıram. Bilirsiniz niyə? Çünki Azərbaycan və Türkiyə ən dürüst düşmənlərdir. Onlar bizə həmişə nifrət ediblər və bunu heç vaxt gizlətməyiblər. Ancaq bizim kömək umduqlarımızın biganəliyi narahatlıq doğurur".

Göründüyü kimi, həm Ermənistanda, həm də Qarabağda ermənilər daha yaxşı yaşayış üçün regionu tərk etməyə üstünlük verirlər. Artıq erməni toplumu anlayışı da tədricən öz əhəmiyyətini itirməyə başlayıb. Sosial-iqtisadi böhran erməni toplumunda parçalanmanı və müxtəlif təbəqələr arasında nifrəti dərinləşdirir. Yaxın illərdə Ermənistanda və Qarabağda ermənilərin qalmayacağı barədə iddialar da bu baxımdan, kifayət qədər inandırıcı görünür. 

Flora Kərimova “müxalifətə yer qalmayıb” dedi, mübahisə yarandı like
  • 29 İyl 21:23  
Digərləri Flora Kərimova “müxalifətə yer qalmayıb” dedi, mübahisə yarandı

Xalq artisti Flora Kərimovanın Meytan TV-yə müsahibəsi zamanı "Daha m

arrow Ətraflı
Ata və ana üçün dua etmək də namazın təqibatlarındandır like
  • 29 İyl 21:20  
Digərləri Ata və ana üçün dua etmək də namazın təqibatlarındandır

İmam Səccad (ə) İslam ümmətinin ən ağır zamanında imamət məsuliiyət

arrow Ətraflı
Ceyhun Bayramovla Aİnin xüsusi nümayəndəsi arasında telefon danışığı olub like
  • 29 İyl 21:16  
Siyasət Ceyhun Bayramovla Aİnin xüsusi nümayəndəsi arasında telefon danışığı olub

29 iyul 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa

arrow Ətraflı
Ömrü uzun edər, ruzini artırar, həyat yolunu hamar edər like
  • 29 İyl 21:15  
Digərləri Ömrü uzun edər, ruzini artırar, həyat yolunu hamar edər

Gözəl əxlaqın dünya və axirət faydalarına diqqət edək.

arrow Ətraflı
Bakıda beşotaqlı evdə yanğın olub like
  • 29 İyl 21:14  
Digərləri Bakıda beşotaqlı evdə yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbə

arrow Ətraflı
Azərbaycanın İsraildə ticarət missiyasının açılışı tarixi hadisədir like
  • 29 İyl 21:13  
Siyasət Azərbaycanın İsraildə ticarət missiyasının açılışı tarixi hadisədir

İsraildə Azərbaycan Ticarət missiyasının açılışı tarixi bir hadisədi

arrow Ətraflı
Minsk Qrupunun həmsədrləri bəyanat yaydı like
  • 29 İyl 21:09  
Siyasət Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Stefan Viskonti, Endryu Şofer və İqor

arrow Ətraflı
Dünyada dəhşətli virus yayıldı like
  • 29 İyl 21:07  
Dünya Dünyada dəhşətli virus yayıldı

ABŞ-da bütün müalicələrə davamlı olduğu bildirilən ölümcül göbəl

arrow Ətraflı
Peyğəmbərin əxlaqı nədir? like
  • 29 İyl 20:50  
Digərləri Peyğəmbərin əxlaqı nədir?

Böyük rəbbani alimlərdən olan Molla Muhəmmədtəqi Məclisi yazır: "

arrow Ətraflı
Dinin bütün qanunları bir cümlədə like
  • 29 İyl 20:40  
Digərləri Dinin bütün qanunları bir cümlədə

Ədalətin məqamı necədir? Ədalətin məqamı haqqında elə bu kifayətdir

arrow Ətraflı
Namazda diqqəti artırmaq üçün 8 məsləhət like
  • 29 İyl 20:30  
Digərləri Namazda diqqəti artırmaq üçün 8 məsləhət

Ayətullah Vəhid Xorasani bizlərə namazda diqqətcil olmaq üçün 8 yolu tö

arrow Ətraflı
Məşhur həkim arvadının əxlaqsızlıqla məşğul olduğunu 5 il sonra öyrəndi  FOTO like
  • 29 İyl 20:22  
Digərləri Məşhur həkim arvadının əxlaqsızlıqla məşğul olduğunu 5 il sonra öyrəndi FOTO

ABŞ-ın keçmiş Gözəllik yarışının Kraliçası Regina Turnerin boşanma

arrow Ətraflı
Pis əxlaqı necə islah etmək olar? like
  • 29 İyl 20:20  
Digərləri Pis əxlaqı necə islah etmək olar?

Pis əxlaq - insanı başqalarının yanında rüsvay edən əməllərdəndir.

arrow Ətraflı
Qiyamət günü rütbə meyarları hansıdır? like
  • 29 İyl 20:15  
Digərləri Qiyamət günü rütbə meyarları hansıdır?

Qiyamət günü insanların rütbə və məqama malik olması mənəvi əməllə

arrow Ətraflı
Metroda gediş haqqı artırılır? like
  • 29 İyl 20:14  
Digərləri Metroda gediş haqqı artırılır?

"Bakı Metropoliteni"ndə gediş haqqının artırılması ilə bağl

arrow Ətraflı