Peyğəmbərin əxlaqı nədir?


Digərləri 29 İyl 2021 20:50:00 177 0

Peyğəmbərin əxlaqı nədir?

Böyük rəbbani alimlərdən olan Molla Muhəmmədtəqi Məclisi yazır: "Mən nəfsimi o zaman islah etmək qərarına gəlmişəm ki, Quranın təfsirini mütaliə edirdim. Gecə yuxu ilə ayıqlıq arasındakı halda Həzrət Peyğəmbəri (s) gördüm. Öz-özümə dedim ki, yaxşı olardı Həzrətin (s) əxlaq və kamallarına diqqətlə baxım. Hər nə qədər diqqətimi artırırdımsa, bir o qədər Peyğəmbərin (s) nuraniyyəti gözümdə artırdı.

Həzrətin (s) nuru hər yeri əhatə etmişdi. Bu zaman oyandım və mənə ilham olundu ki, Peyğəmbərin (s) əxlaqı - Qurandır. Ona görə də Qurani-Kərim barəsində düşünmək lazımdır.

Bundan sonra hər nə qədər ayələrə diqqət edirdimsə, daha çox həqiqəti dərk etmək nəsibim olurdu. Hansı ayə haqqında təfəkkür edirdimsə, daha çox nemətə malik olurdum.

Əlbəttə, belə tövfiqi əldə etməyənlərə bu sözlərim çətin gələr. Bu yol çətin olsa da, mümkünlüdür. Ona görə də din qardaşlarımı da Quran ayələrinin mənası barəsində təfəkkür etməyə dəvət edirəm".