Metroda gediş haqqı artırılır?


Digərləri 29 İyl 2021 20:14:00 118 0

Metroda gediş haqqı artırılır?

"Bakı Metropoliteni"ndə gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb".

Bu barədə Tarif Şurasından bildirilib.

Son.az modern.az-a istinadən bildirir ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb. Bununla bağlı Tarif (qiymət) Şurasına müraciət olunduğu iddia edilir.

Hazırda metroda gediş haqqı 30 qəpikdir.