Qiyamət günü rütbə meyarları hansıdır?


Digərləri 29 İyl 2021 20:15:00 136 0

Qiyamət günü rütbə meyarları hansıdır?

Qiyamət günü insanların rütbə və məqama malik olması mənəvi əməllərinə əsasən olacaqdır. Onların bəzisi ilə tanış olaq.

1. Qurana yaxın olmaq. İmam Baqir (ə) buyurur: "Quran, Qiyamət günü ən gözəl şəkildə gələcək və möminə deyəcəkdir ki, oxu və yuxarı qalx".

Alimlərdən bu haqda buyurulur: "Quran, Qiyamət günü ona görə rütbə meyarı hesab olunur ki, insanın qəlbinə və əməllərinə təsiri vardır.

Quranı üzündən oxumaq və sözlərinə qarşı etiqad bəsləməmək insanı bu rütbəyə çatdırmaz".

2. Saleh əməl. İmam Hadi (ə) buyurur: "İnsanların dünyada ölçü meyarı maldır, Qiyamətdə isə əməldir".

3. Gözəl əxlaq. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü şəxsin əməl tərəzisinə gözəl əxlaq kimi üstün bir şey qoyulmaz".