AİB Azərbaycan hökumətinin COVID19la mübarizəsini yüksək qiymətləndirdi FOTO


Digərləri 29 İyl 2021 19:22:00 171 0

AİB Azərbaycan hökumətinin COVID19la mübarizəsini yüksək qiymətləndirdi  FOTO

İyulun 29-da maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan üzrə İcraçı direktor Antoni Makdonald ilə video-konfrans formatında görüş keçirib.

Maliyyə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulması, pandemiya ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər, habelə ölkədə yüksək templə aparılan peyvəndlənmə prosesi barədə məlumat verib.

Antoni Makdonald nazirin diqqətinə çatdırıb ki, AİB-nın Direktorlar Şurası Azərbaycan hökumətinin pandemiya dövründə riskləri düzgün təhlil edərək 2020-ci ildə həyata keçirdiyi qabaqlayıcı tədbirləri və bu günədək "COVID-19"la mübarizə sahəsində görülən işləri ölkənin daxili imkanları hesabına maliyyələşdirilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, məhz buna görə də koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə artıq 2021-ci ildə 250 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair qərar bankın Direktorlar Şurası tərəfindən yekdilliklə dəstəklənib.