Türkiyədə meşə yanğınları şiddətlənib 3 ölü, 100dən çox yaralı


Dünya 29 İyl 2021 19:02:29 192 0

Türkiyədə meşə yanğınları şiddətlənib  3 ölü, 100dən çox yaralı

Türkiyənin Antalya, Muğla, Adana vilayətlərində daha güclü olmaqla ölkənin müxtəlif bölgələrində meşə yanğınları davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və yerli hakimiyyət orqanları yanğınların qarşısını almaq üçün bütün imkanları səfərbər ediblər. Yanğınların söndürülməsinə təyyarələr, helikopterlər, yanğınsöndürən maşınlar və canlı qüvvələr cəlb edilib.

Antalyanın Manavgat rayonundakı yanğınlarda 3 vətəndaş ölüb, biri ağır olmaqla 138 nəfər yanıq xəsarəti alıb. Adanada 21 fərqli nöqtədə baş verən yanğın 7 vətəndaşın səhhətinə mənfi təsir göstərib. Yanğına yaxın xəstəxana, otel və yaşayış məskənlərindən sakinlər təxliyə olunur.

Əhaliyə, dövlətə və təbiətə külli miqdarda zərər dəyib.

Fəlakətin qarşısını almaq və operativ tədbirlər görmək məqsədilə Böhran Mərkəzi yaradılıb.