Yeddinci mərtəbədən düşən körpə sağ qaldı


Digərləri 29 İyl 2021 18:30:00 145 0

Yeddinci mərtəbədən düşən körpə sağ qaldı

Barnaulda (Rusiya) hər kəsi şoka salan hadisə yaşanıb. Yeddinci mərtəbədən anası tərəfindən yerə atılan üçaylıq körpə möcüzə nəticəsində sağ qalıb.

Son.az kp.ru-ya istinadən xəbər verir ki, uşaq hazırda klinik xəstəxanada müalicə alır. Məlumata görə 33 yaşlı qadın insidentdən sonra özünə qəsd etmək istəyib. Ağır vəziyyətdə olan anaya ən ağır diaqnoz qoyula bilər. Maraqlıdır ki, uşağı atan zaman qadının yanında altı yaşlı oğlu da olub. Lakin ona qadın toxunmayıb. Bildirilir ki, qadını bu yaxınlarda sevgilisi tərk edib.

Kamran Seyidov Son.az