Dörd dəfə evləndim, alınmır..."


Şou-biznes 29 İyl 2021 17:40:00 113 0

Dörd dəfə evləndim, alınmır..."

Məşhur şoumen Mehmet Ali Erbil qatıldığı proqramlardan birində həyatından danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, şoumen keçirdyi qəzadan sonra səhv müdaxilə səbəbindən uzun müddət yataqda yatmalı olduğunu bildirib. Uşaqlıq xatirələrindən söz açan Mehmet Ali Erbil anasından incik olduğunu vurğulayıb:

"Anamı xatırlayıram, o vaxtlar bizə sevgi göstərirdi. Bizim üçün canla-başla hər şeyin öhdəsindən gəlməyə çalışırdı. Çox gənc yaşlarında dul qalmışdı. Ankaraya bibimin yanına getdik. Anam orada özündən 10 yaş kiçik həkimlə tanış olub evləndi. Bundan sonra hər şey bizim üçün alt-üst oldu. Kişi dünyasını dəyişənə qədər heç bir qadına yan baxmadı. Amma anam bizi o adama çox əzdirdi. Anamı çox sevdiyinə görə qısqanırdı. Biz böyüdükcə onun gözünə batırdıq. Bizi evdə istəməməyə başladı. Təzyiq edirdi... 10 yaşındaydım, məni çölə çıxıb dostlarımla oynamağa qoymurdu. Qardaşlarıma və mənə xoş münasibət göstərdiyi anlar çox deyildi. Atam bizi sevmirdi, o adamı necə sevsin?!

Anamın bizi əzdirtdiyini görmək çox kədərli idi. Bunu illərlə unuda bilmədim və içimdə ana sevgisi qalmadı. Anamla heç vaxt bu mövzuda üzləşmədik. Bu haqda bir televiziya proqramında danışanda, sanki ona iftira atmışammış kimi məndən küsdü.

Hər gecə yatılı qaldığım məktəbdə özümə söz verirdim: Onlar kimi olmayacağam, uşaqlarımı, ailəmi heç buraxmayacağam! Sözümü tuta bilmədim. Dörd dəfə evləndim, alınmır...".