Azərbaycanda deputat polisi döyüb?


Digərləri 29 İyl 2021 13:44:00 105 0

Azərbaycanda deputat polisi döyüb?

Azərbaycanda deputat polis əməkdaşını döyüb.

Son.az xəbər verir ki, lent.az-a daxil olan məlumata görə, hadisə Nabranda baş verib.

Polis əməkdaşları Nabranda karantin qaydalarını pozan obyektlərdən birində reyd keçirən zaman obyektin sahibi ilə qohum olan, Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları ilə mübahisə edib. Mübahisə zəminində deputat polis əməkdaşını vurub.

Hadisə ilə bağlı E.Səlimovla əlaqə saxlamağa çalışsaq da, deputat telefonlara cavab verməyib.