Ağır xəstələrin sayı 5%ə çatırsa, karantinin sərtləşdirilməsinə...


Digərləri 29 İyl 2021 13:14:00 143 0

Ağır xəstələrin sayı 5%ə çatırsa, karantinin sərtləşdirilməsinə...

"Heç bir panikaya əsas yoxdur. İndiki yoluxma sayı 2019-2020-ci illərdəki yoluxma sayındakı artımdan qat-qat təhlükəsizdir".

Bunu Son.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev deyib.

O, fikrini belə izah edib:

"Əvvəlki yoluxmalarda biz virusu yaxşı tanımırdıq, törədəcəyi fəsadları bilmirdik, ona görə də keçən il ərzində bütün dünyada itkilər çox oldu. İndi virusu tanıyırıq, əhalinin xeyli hissəsi peyvəndlənib və ən əsası yoluxucu virus xəstəliklərinin əsas qanunlarından biri olan yoluxuculuq artdıqca, ölümcüllüyün azalmasıdır. Ayrıca qeyd edim ki, əgər yoluxuculuq artırsa, demək ki, öldürücülük azalır. Artıq elmi cəhətdən də sübut edilib ki, hazırki "Delta" ştamının yoluxuculuğu çox olsa da, öldürücülüyü əvvəlki Britaniya, Cənubi Afrika, Braziliya, Çin və s. ştamlarından azdır. Bunun üçün də narahatlığa heç bir əsas yoxdur.