Evlənəcəkləri deyilirdi, başqa qadınla yazışdığı ortaya çıxdı


Şou-biznes 28 İyl 2021 06:06:00 120 0

Evlənəcəkləri deyilirdi, başqa qadınla yazışdığı ortaya çıxdı

Aktrisa Sevda Erginci ilə evlənəcəyi gözlənilən həmkarı Yılmaz Kuntun başqa qadınla yazışdığı ortaya çıxıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, vəkil Seray Öztürk Yılmaz Kuntun ona göndərdiyi mesajları İnstaqram hesabında paylaşıb. Yazışmalarda Yılmazın Öztürklə görüşmək istədiyi diqqət çəkib. 

"Evlilik yolunda addımlayarkən mənimlə görüşmək istəmək qadına qarşı başqa şiddətdir. Bu etdiyinə nə ad vermək olar?" deyə, vəkil Yılmazın mesajlarını ifşa edib.

Bundan başqa Yılmazın Sevda ilə tətildən olan fotolarını paylaşaraq "Yılmaz Kunt, sən kim olursan ki, başqası ilə nişanlı olduğun halda məni də idarə etməyə çalırsan?" yazıb.