Aysundan "nişanlı deyil, gəzir" şərhinə sərt reaksiya


Şou-biznes 28 İyl 2021 02:02:00 160 0

Aysundan "nişanlı deyil, gəzir" şərhinə sərt reaksiya

Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun ailə həyatı qurmağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Buna səbəb onun İnstaqram hesabında xınayaxdı məclisindən görüntülərini paylaşıb. Aysun öz xınayaxdısı olduğunu söyləyib.

Son.az sherq.az-a istinadən xəbər verir ki, o, profilində canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Əksər izləyici ona "Nişanlanmısınız? Evlənmisiniz?" suallarını ünvanlayıb. Müğənni mövzu haqda bunları deyib:

"Hələ ki, evlənməmişəm. Qısa müddət sonra hər şey aydın olacaq".

Bir-iki izləyicisinin rəyi isə Aysunu hiddətləndirib.

Məsələn, bir istifadəçi "Nişanlı deyil, sadəcə gəzir" komentini yazıb.  Aysun ona "Səhv salma" deyə cavab verib.

Digəri  "Bu yaşda üzün üzlər görüb" şərhini əlavə edib. Müğənni  onu da cavabsız qoymayıb:

"Yəqin üzlər görəndə yanımda olmusunuz".