Şəmkir sakini çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib


Kriminal 26 İyl 2021 20:32:00 188 0

Şəmkir sakini çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib

İyulun 26-sı saat 18 radələrində Şəmkir rayon sakini 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu 1989-cu il təvəllüdlü Tural Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nizami Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.