Damarlarınızın tutulduğunu göstərən əsas əlamətlər


Digərləri 26 İyl 2021 20:17:00 148 0

Damarlarınızın tutulduğunu göstərən əsas əlamətlər

- Uzun məsafə getdikdə və ya pilləkanla qalxdıqda ürək nahiyəsində sancı, ağrı, təngnəfəslik hiss edirsiz?

- Başgicəllənmə sizi narahat edir?

- Əl və ayaqlarda keyləşmə olur?

Son.az xəbər verir ki, bunlar ateroskleroz adlı damar tutulması, tıxanmasının ilkin əlamətləri ola bilər:

Ateroskleroz - xolesterinin damar divarında yığılması ilə gedən xəstəlikdir. Ateroskleroz başlanğıcda simptomsuz keçir.

Simptomlar xəstəliklərin son mərhələsində özünü büruzə verdiyindən, artıq bu zaman ürək, ətraflar, baş beyin qan dövranında ciddi çatışmazlıqlar olur. Ateroskleroz ağır fəsadlara, əlilliyə və ölümə səbəb ola bilər.

Ən çox təsadüf olunur:

- kişilərdə - 40 yaşdan yuxarı

- qadınlarda - klimaksdan sonrakı dövrdə

ATEROSKLEROZUN FORMALARI:

- Ürək damarlarının aterosklerozu (koronar arteriyalar): Ürəyin işemik xəstəliyi

- Baş beyni qanla təmin edən damarların aterosklerozu: insult, Parkinsonizm, Alsheymer xəstəliyi, senil demensiya və s.

- Yuxarı və aşağı ətrafların aterosklerozu.

Obliterasiyaedici endarteriit, trofik yaralar və s.

- Böyrək damarlarının aterosklerozu: böyrək

funksiyasının pozulması və ağır arterial hipertenziya.