“Taliban”ın bir neçə komandiri həbs edildi


Dünya 26 İyl 2021 19:14:00 182 0

“Taliban”ın bir neçə komandiri həbs edildi

Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri "Taliban" radikal hərəkatının bir neçə komandirini həbs edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumat ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında paylaşılıb.

Məlumata əsasən, "Taliban" nümayəndələrini həyata keçirilən bir sıra antiterror əməliyyatı sayəsində həbs etmək mümkün olub. Əməliyyatlar Kabul və Qor əyalətlərini birləşdirən şossedə həyata keçirilib.

Bildirilir ki, həbs olunan komandirlər arasında Məhəmməd Can adlı "Taliban" nümayəndəsi də var. O, sözügedən yola nəzarət və yola hücumla bağlı məsələlərə cavabdeh şəxs olub.

Təhlükəsizlik qüvvələri əməliyyat zamanı bir neçə "Taliban" hərəkatı üzvünü də zərərsizləşdirə bilib.