Azərbaycanın yardımını heç zaman unutmayacağıq Serbiyalı nazir


Siyasət 26 İyl 2021 13:40:00 193 0

Azərbaycanın yardımını heç zaman unutmayacağıq  Serbiyalı nazir

Serbiya ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur və bu əlaqələrin qurulmasında iki dövlət başçısı arasında şəxsi münasibətlərin mühüm rolu var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Serbiyanın xarici işlər naziri Nikola Selakoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Serbiyalı nazir pandemiya dövründə Azərbaycanın Serbiyaya humanitar yardımını xüsusi qeyd edib: "Bu çətin günlərdə dost Azərbaycan Serbiyaya humanitar yardım etdi. Azərbaycanın Serbiyaya bu yardımını heç zaman unutmayacağıq. Bu, səmimi dostluğun bariz nümunəsi idi".