Lavrov Qərbi ittiham etdi


Dünya 24 İyl 2021 08:48:00 118 0

Lavrov Qərbi ittiham etdi

"Qərb eyni fikirdə olmayan ölkələri sanksiyalar və siyasi təcridlə cəzalandırır".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Qərb bərabərlik prinsipləri və mənafe tarazlığı axtarışları əsasında razılığa gəlmək istəmir, "beynəlxalq hüquq" terminini yada salmaqdan belə qaçır və öz "qaydalara əsaslanan dünya nizamı" terminini icad edib", - XİN rəhbəri vurğulayıb.

"Bu qaydalar vəziyyətə görə və Qərbin xeyrinə olacaq şəkildə formalaşdırılır, daha sonra dünyəvi normalar olaraq hər kəsə təqdim edilir.

Əməkdaşlıq etməyənlər, bildiyiniz kimi, sanksiyalar, siyasi təcrid və hətta hərbi təzyiqlər, fərqli rəngli inqilabların təşkilatlanması ilə cəzalandırılır.