Dərman içən xəstə 2 dəfə sağalmalıdır: əvvəl xəstəlikdən, sonra dərmanlardan Müasir tibbin atası


Digərləri 23 İyl 2021 22:10:00 176 0

Dərman içən xəstə 2 dəfə sağalmalıdır: əvvəl xəstəlikdən, sonra dərmanlardan  Müasir tibbin atası

Ser Vilyam Osler XIX əsrdə yaşamış Kanadalı tibb alimi və həkimdir. Onun tibdə xidmətləri o qədər qiymətli olub ki, fəxri ser adını alıb.

Osleri müasir Amerika tibbinin atası hesab edirlər.

Son.az dahi həkimin xəstəlik, müalicələr barədə qızıldan qiymətli fikirlərini təqdim edir. Qeyd edək ki, həkim xəstənin çox dərman qəbul etməsinin qəti əleyhinə idi.

- Sabun, su, sağlam düşüncə - ən yaxşı dezinfeksiyaedici vasitələrdir

Bu cümlə hazırda bütün ictimai yerlərdə asılmalıdır. Müxtəlif spirt, gel, yuyucu vasitələrlə virusla mübarizə aparmağa çalışan dünya üşün çıxış yolu yenə də sabun və isti sudur. Hələ heç bir super dezinfeksiyaedici vasitə bunu əvəz edə bilməyib.

Pandemiya isə insan üçün sağlam düşüncənin vacib olduğunu qabartdı. Psixikası sakit və aydın olan insana heç nə qorxulu deyil.

- Dərman qəbul edən insan 2 dəfə sağalmalıdır: bir əsas xəstəliyindən, bir də içdiyi dərmanlardan.

Diqqət yetirin, bunu həkim yazıb. Ömrünün yarısını vərəm və pnevmoniyaya həsr etmiş alim.

O bir daha sübut edir ki, xəstəni lazımsız, əlavə dərmanlarla yükləmək olmaz.

Eləcə də müxtəlif BAD və vitaminlər.