Boyunda duzlaşmaya çarə Lobya suyu kömək edirmi?


Digərləri 23 İyl 2021 21:10:00 141 0

Boyunda duzlaşmaya çarə  Lobya suyu kömək edirmi?

Boyunda, daha doğrusu boyun fəqərələri arasında və toxumalarında duz yığılması insanın zərərli vərdişləri və qeyri-düzgün həyat keçirməsi ilə bağlıdır. Yəni boyuna duz yığılması birbaşa insanın öz günahıdır.

Boyuna duz yığılması orqanizmdə su-duz mübadiləsinin pozulmasından qaynaqlanır. Bu pozulma təkcə boyuna duz yığmaqla kifayətlənmir, podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqlarda ağrı, öd daşları, damarlarda tıxanma yaradır.

Son.az boyuna duz yığılmasının bəzi əlamətlərini və bu problemdə özünüzə nə kimi kömək edəcəyiniz barədə məlumatı təqdim edir.

Bədəndə duz kristalları zülal tərkibli qidaların çoxluğundan yaranır, yəni daha çox ət və ət məhsulları yedikdə, orqanizm bunu tam sona kimi həzm edə bilmir.

Bir gün ərzində çox miqdarda ət, toyuq, balıq, iç-çiyər yemək olmaz. Eləcə də tomat, pomidor, souslar, ədviyyatlar, xəmir məmulatları, duzlu qidalar,şoraba və s. Miqdarı normanı aşmamalıdır. Daha çox göyərti, tərəvəz salatları yeyilməlidir. Həmçinin yeməyi su içə-içə qəbul etmək olmaz.