Türkiyə hərbçiləri Aralıq dənizində 40a yaxın miqrantı xilas edib


Dünya 23 İyl 2021 20:40:00 172 0

Türkiyə hərbçiləri Aralıq dənizində 40a yaxın miqrantı xilas edib

Türkiyənin Aralıq dənizi sahillərində, Kaş şəhəri yaxınlığında hərbçiləri qəzaya uğramış qayıqdan miqrantları xilas edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, 37 qanunsuz miqrant xilas edilib. Daha 8 nəfərin isə axtarışları aparılıb.

Axtarış-xilasetmə işlərinə Türkiyə Hərbi-Dəniz Qüvvələrinin iki gəmisi cəlb olunub.