Xırdalanda güclü yanğın olub


Digərləri 23 İyl 2021 19:52:00 151 0

Xırdalanda güclü yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.

Son.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.