Vilayət Quliyev Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Siyasət 23 İyl 2021 15:02:00 109 0
Prezident İlham Əliyev V.M.Quliyevin Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Mənbə: milli.az