Tahir Tağızadə Azərbaycanın Macarıstandakı səfiri təyin olundu


Siyasət 23 İyl 2021 15:06:39 151 0

Tahir Tağızadə Azərbaycanın Macarıstandakı səfiri təyin olundu

T.T.Tağızadənin Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.