Üç gün sonra toyu olacaqdı, qəzada öldü FOTO


Digərləri 23 İyl 2021 07:21:00 265 0

Üç gün sonra toyu olacaqdı, qəzada öldü  FOTO

Lənkəranda avtomobil su kanalına aşıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Lerik-Lənkəran yolunun Qurumba kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini olan Aqil Fəxrəddin oğlu Əliyevin idarə etdiyi 90-MP-585 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl yol kənarındakı rabitə dirəyini aşırıb, sonra isə boş olan su kanalına düşüb. Hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları gəlib. Minik avtomobilində heç kimin olmadığını görən xilasedicilər müəyyən axtarışlardan sonra hadisə yerindən 35-40 metr aralıda sürücü A.Əliyevin meyitini tapıblar. Meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Məlumata görə, mərhum nişanlı imiş və Bakıdan rayona bayramlaşmağa gedib. Üç gün sonra isə toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.