Övladınızın “patı"“şüşə” çəkdiyindən necə şübhələnməli? Bu əlamətlərə diqqət


Digərləri 23 İyl 2021 05:05:00 166 0

Övladınızın “patı"“şüşə” çəkdiyindən necə şübhələnməli?  Bu əlamətlərə diqqət

Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan"şüşə -patı" bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur.

Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr - 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.

Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?

Ölkə.az xəbər verir ki, medicina.az həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınskidən patı şüşə istifadəsi zamanı görülən əsas əlamətlər barədə açıqlama alıb. Həkim valideynləri diqqətli olmağa çağırıb və vacib tövsiyələrini verib.

"El arasında şüşə, patı adı ilə məlum olan, əslinfə tibbi adı metamfetamin olan narkotik maddədir.

Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır.

Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub. Yaponiya ordusunun əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, nüharibə dəhşətlərindən qorxmasınlar.

Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir.