Qoyun qaçdı, tələbə itdi, helikopter qalxdı: Film kimi olay


Dünya 22 İyl 2021 14:22:00 133 0

Qoyun qaçdı, tələbə itdi, helikopter qalxdı: Film kimi olay

Türkiyənin Ankara şəhərində 20 yaşlı tələbə itkin düşüb.

Son.az lent.az-a istinadən xəbər verir ki, onun itkin düşməsinə səbəb qurbanlıq qoyunun qaçması olub. Dünən kəsmək üçün ahurdan çıxarılan qoyun gözlənilmədən dağlıq əraziyə qaçıb. Onu tutmaq üçün arxasından gedən tələbə Onur Eker isə yoxa çıxıb. Onurla əlaqə yarada bilməyən ailə bir neçə saat sonra polisə məlumat verib.

İki gündür itkin düşən tələbənin axtarışı üçün dronlardan, helikopterdən istifadə edilsə də, onu tapmaq mümkün olmayıb.