Daşqınlar Belçika iqtisadiyyatına 10 milyard avro ziyan vurdu


Dünya 22 İyl 2021 14:40:00 157 0

Daşqınlar Belçika iqtisadiyyatına 10 milyard avro ziyan vurdu

Belçikada iyulun 14-16-da qeydə alınmış daşqınlar ölkə iqtisadiyyatına 10 milyard avro ziyan vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Belçikanın cənubi Valloniya regionunun hökuməti bildirib.

Bu daşqınlar Belçika ərazisində son 100 il ərzində ən ağır təbii fəlakət olub. Bir neçə gün əvvəl Valloniya hökuməti 2 milyard avro məbləğində yardım paketinin ayrılması barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, daşqınlar nəticəsində Belçikada 32 nəfər həlak olub, 18 nəfər itkin düşmüş hesab olunur.