Türkiyədə daşqının fəsadlar Kəndlər boşaldılıb VİDEO FOTO


Dünya 22 İyl 2021 14:28:00 175 0

Türkiyədə daşqının fəsadlar  Kəndlər boşaldılıb  VİDEO  FOTO

Türkiyənin şimal-şərqindəki Rizə vilayətində leysan yağışlar daşqın və sürüşmələrə səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bölgədə 2 kənd təxliyə olunub, yollar bağlanıb.

Rizə valisi Kamal Çeberin sözlərinə görə, 9 nəfər xilas edilib. Gün ərzində yağıntıların davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ötən həftdə Rizədə daşqınlar nəticəsində 6 nəfər həlak olmuşdu.

Bundan başqa, daşqınlar Artvin vilayətində fəsadlar törədib.