Polad Həşimov hər zaman istəyirdi ki, insanlar rahat yaşasınlar Ofelya Həşimova


Digərləri 22 İyl 2021 12:46:13 230 0

Polad Həşimov hər zaman istəyirdi ki, insanlar rahat yaşasınlar  Ofelya Həşimova

Polad Həşimov hər zaman istəyirdi ki, abadlıq olsun, insanlar rahat yaşasınlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Xətai rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun adına yaradılan parkın açılış mərasimində onun həyat yoldaşı Ofelya Həşimova deyib.

O bildirib ki, Polad Həşimov və digər şəhidlərimiz üçün bu gün əkilən ağaclar böyüdükcə, onların da ruhu şad olacaq: "Xatirə lövhəsində onunla birgə digər şəhidlərimizin də şəkillərinin olması məni təsirləndirdi. Allah generalımıza və bütün şəhidlərimizə rəhmət eləsin. Biz onlarla qürür duyuruq. Bütün şəhid ailələrinə sonsuz hörmət və ehtiramımı bildirirəm".