Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək


Siyasət 22 İyl 2021 12:14:00 140 0

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: "İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq".