Polad Həşimov adına parkın ərazisi təxminən 2 hektara yaxındır


Digərləri 22 İyl 2021 12:00:00 164 0

Polad Həşimov adına parkın ərazisi təxminən 2 hektara yaxındır

Polad Həşimov adına parkın ərazisi təxminən 2 hektara yaxındır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Xətai rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib.

Onun sözlərinə görə, bundan əlavə parka birləşən bir neçə məhəllə də var ki, onların da ərazisi abadlaşdırılıb.

"8 binanın fasadı əsaslı təmir edilib. Bütün kateqoriyadan insanların istirahəti üçün lazımi şərait yaradılıb. Böyüklər üçün idman qurğuları, azyaşlılar üçün yelləncək və digər avadanlıqlar quraşdırılıb. Bütün bu işlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu "İdea" İctimai Birliyi ilə əmkdaşlıq çərçivəsində həyata keçirilib".

Qurum rəsmisi onu da bildirib ki, şəhid general Polad Həşimovla yanaşı, xatirə lövhələri vurulan 8 Vətən müharibəsi şəhidinin adına da parkda çinar ağacı əkilib: "Bundan sonra həm biz, həm də rayon sakinləri bu ağacları göz bəbəyimiz kimi qoruyacağıq".