Gürcüstanda koronavirusa daha 2 261 yoluxma qeydə alınıb, 18 nəfər ölüb


Dünya 22 İyl 2021 11:46:00 201 0

Gürcüstanda koronavirusa daha 2 261 yoluxma qeydə alınıb, 18 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 261 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və ictimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 395 621, xəstəlikdən ölənlərin sayı isə 5 636 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 369 483 nəfərin sağaldığı bildirilir.