Erməni terrorçu 10 il azadlıqdan məhrum edildi


Digərləri 22 İyl 2021 10:44:00 185 0

Erməni terrorçu 10 il azadlıqdan məhrum edildi

10:44

Təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eduard Dubakov 10 il azadlıqdan məhrum edilib. Hökmə görə, E. Dubakov cəzasını çəkəndən sonra Azərbaycan ərazisindən məcburi çıxarılacaq.

10:22

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. Təqsirləndirilən şəxs özünü ittihamlardan təqsirli bilməyib.

Xatırladaq ki, prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib və məhkəmədən ədalətli qərar gözlədiyini deyib.

Hakimlər təqsirləndirilən şəxsə hökm oxumaq üçün müşavirəyə yollanıb