Ceff Bezosun kosmik səfərinə 18 yaşlı gənc də qoşulacaq


Dünya 18 İyl 2021 01:36:00 139 0

Ceff Bezosun kosmik səfərinə 18 yaşlı gənc də qoşulacaq

18 yaşlı amerikalı Oliver Demen iyulun 20-də amerikalı milyarder Ceff Bezosa qoşularaq kosmosa uçacaq. O, 28 milyon dollarlıq uçuş qazanan anonim açıq hərrac iştirakçısını əvəz edəcək. Bununla da kosmosa uçan ən gənc insan kimi tarixə düşəcək.

Son.az avtosfer.az-a istinadən bildirir ki, bu barədə Bezosun kosmik şirkəti "Blue Origin" xəbər yayıb.

Bildirilir ki, auksionun qalibi bir növ "daxili qarşıdurma" səbəbindən tapşırığı yerinə yetirə bilməyib. Şirkət uğursuz uçuş üçün pulu necə qaytaracaqlarını açıqlamayıb.

Yeniyetmə Bezosun ortaqlarından biri olan "Somerset Capital Partners" şirkətinin baş direktoru Cos Demenin oğludur.

Demen ikinci uçuş üçün yer qazanmışdı, lakin müsabiqənin qalibi iştirakdan imtina etdiyi üçün ilk o, uçacaq.