"Su və rəng ahəngi 2021" akvarel sərgisi Xətai Sənət Mərkəzində baş tutdu


Kriminal 16 İyl 2021 15:55:00 193 0

"Su və rəng ahəngi 2021" akvarel sərgisi Xətai Sənət Mərkəzində baş tutdu

Beynəlxalq Suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan IWS Azərbaycanın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış İWS Baku Khatai Art Gallery təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə "Su və rəng ahəngi 2021" akvarel sərgisi Xətai Sənət Mərkəzində baş tutdu. 

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərginin əhəmiyyətində danışdı. Çıxış edən Azərbaycan Rəssamlar ittifaqının katibi Ağaəli İbrahimov akvarelin  bir janrı kimi  rəssamlıqda rolundan danışdı və son vaxtlar  keçirilən akvarel tədbirlərinin keçirilməsinin qənaət bəxş olduğunu bildirdi. Söz alan sənətşünas Ziyatxan Əliyev akvarelin əsl Şərq - Azərbaycan janrı olduğunu qeyd etdi. Beynəlxalq sulu boya cəmiyyəti  Azərbaycan  nümayəndəliyinin sədri Xasay Mirzəyev Beynəlxalq sulu boya cəmiyyətinin ölkəmizdəki fəaliyyətindən danışdı. Söz alan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir iştirakçılarını salamlamaqla bərabər Xətai  Akvarel Qalereyasının qapılarının hər zaman akvarelistlərin üzünə açıq olduğunu bildirdi.

Sevindirici haldır ki, sərgidə iştirak etmək üçün 100-dən çox müraciət qeydə alınmışdır. IWS Azerbaijan akvarel cəmiyyətinin bədii şurası tərəfindən bunların arasından 51 iştirakçınin 100-ə qədər əsəri təqdim olundu.

Müraciət etmiş hər bir kəsə təşəkkürlərimizi bildiririk. Əsərləri seçilmiş rəssamları ürəkdən təbrik edirik.

Sərgi 1 həftə davam edəcək.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Son.az