Emin Ağalarov yenidən "Xose Məmmədov" oldu


Şou-biznes 15 İyl 2021 17:42:00 118 0

Emin Ağalarov yenidən "Xose Məmmədov" oldu

Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında yeni paylaşım edib.

Son.az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçi yenidən 4 il əvvəl sevənlərinə təqdim etdiyi "Испания лето" adlı klipindəki "Xose Məmmədov" obrazına qayıdıb.

Ağalarov bununla bağlı şəxsi "Instagram" hesabında paylaşım edib. İfaçı "O, geri qayıtdı" sözlərini əlavə edərək həmin obrazda olan videosunu yayımlayıb.

Xalq artistinin bu paylaşımına 114 min "like" gəlib. İzləyicilər videoya "Onun üçün darıxdıq", "Bu obrazın yer aldığı klipi çox bəyənirəm" şərhlərini yazıblar.

Bəziləri isə Ağalarovu bu imicdə Türkiyənin əfsanəvi müğənnilərindən olan Barış Mançoya bənzədiblər.