Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb


Digərləri 15 İyl 2021 17:33:00 145 0

Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.

Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, qazilərimiz Məmmədov Cəfərsadiq Zeydulla oğlu, Rəcəbli Rza İsmayıl oğlu və Kərimov Röyal Şəhadət oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.