Bərdə sakinlərindən narkotik götürülüb


Digərləri 15 İyl 2021 17:06:00 152 0

Bərdə sakinlərindən narkotik götürülüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum edilmişlər Mahir Qocayev və Vahid Qədimov saxlanılıb. M.Qocayevin üzərində aparılan baxış zamanı heroin, V.Qədimovun evindən isə 4 bükümdə heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.