Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanıldı


Kriminal 14 İyl 2021 14:24:00 141 0

Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tel kənd sakini İslam Əlimulayev saxlanılıb.

Son.az xəbər verir ki, Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təsbirləri nəticəsində İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.