Qırğızıstanın Azərbaycana yeni səfiri təyin edilib


Siyasət 24 İyn 2021 23:54:00 134 0

Qırğızıstanın Azərbaycana yeni səfiri təyin edilib

Qırğızıstan prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və referendumlar üzrə mərkəzi komissiyanın üzvü olub.

Bundan başqa o, Qırğızıstan Xarici işlər nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.