Dneprdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb


Kriminal 10 İyn 2021 14:42:00 211 0

Dneprdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Ukraynanın Dnepr şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəz Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşkilatçılığı ilə Dnepr Texniki Milli Universitetində yaradılıb. Rəsmi açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Dnepropetrovsk vilayətinin deputatları, Dnepr Texniki Milli Universitetinin rektoru Genadi Pivnyak, müəllim və tələbə heyəti, diaspor rəhbərləri, soydaşlarımız və yerli KİV-lər iştirak edib.