Sumqayıtda mübahisə zamanı gənc oğlanın başı daşa dəyərək ölüb


Kriminal 06 İyn 2021 23:34:00 205 0

Sumqayıtda mübahisə zamanı gənc oğlanın başı daşa dəyərək ölüb

Sumqayıtda bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.

Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.