"Titanik"də əlyazması tapılan Ömər Xəyyam


Kriminal 30 May 2021 15:30:00 165 0

"Titanik"də əlyazması tapılan Ömər Xəyyam

Son.az Kulis.az-a istinadən böyük şair, alim Ömər Xəyyam haqqında maraqlı faktları təqdim edir.

Əsl adı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam olan Ömər Xəyyam Nişapur şəhərində, çadırçı ailəsində doğulub. "Xəyyam" sözü elə "ev tikən", "çadır quran" mənasını verir.

***

Cəmi 8 yaşında Quranı əzbər bilib. Sonralar "Dinin köməkçisi" fəxri adına layiq görülüb.

***

Qapalı həyat tərzi keçirən Ömər Xəyyam heç vaxt evlənməyib.

***

Rübai janrının ən mahir ustası olduğu üçün rübai deyiləndə həmişə ağıla Ömər Xəyyam gəlir.

***

Həyatı boyu ruhanilərin təqiblərində - qorxu içində yaşayıb. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilər şairi ömrü boyu narahat ediblər.

***

Mikayıl Müşfiq onun ən gözəl tərcüməçilərindən olub. Hətta Müşfiq onun təsiri ilə rübailər yazıb.

***

Əsərlərinə o qədər böyük tələbat vardı ki, qaraçı dilinə belə tərcümə edilib.

***

Ömər Xəyyam şair kimi çox tanınsa da, eyni zamanda böyük alim kimi dünyaya səs salıb. Aşiqanə rübailəri, qəzəlləri əsasən ikinci planda yer alıb. Rübai yazmaq onun üçün hobbi olub.