Şəmkirdə iki bacını bıçaqlayan şəxs saxlanılıb YENİLƏNİB


Kriminal 26 May 2021 22:20:00 158 0

Şəmkirdə iki bacını bıçaqlayan şəxs saxlanılıb  YENİLƏNİB

22:20

Şəmkirdə iki bacını bıçaqlayan şəxsin kimliyi məlum olub.

Son.az APA-ya istinadən bildirir ki, hadisəni törədən şəxs bacılardan birinin - 1987-ci il təvəllüdlü Tağıyeva Şəlalənin keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Gürzal Alıyevdir.

O, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gürzal Alıyevin baçıların hər birinə bir bıçaq zərbəsi vurduğu bildirilib.

---------

20:28

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

33 yaşlı Süleymanova Şəhla və Tağıyeva Şəlalə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.