Uşaqlıq boynu xərçəngi: Ən çox hansı səbəblərdən yaranır?


Digərləri 23 Yan 2021 23:40:00 140 0

Uşaqlıq boynu xərçəngi: Ən çox hansı səbəblərdən yaranır?

Qadınlar arasında ən çox yayılan ginekoloji-onkoloji problemlərdən biri də uşaqlıq boynu xərçəngidir. Vaxtında aşkarlanıb, müalicə olunmadıqda bu, ölümlə nəticələnir. Bu problem nədən yaranır? Xəstəlik daha çox hansı əlamətlərlə özünü büruzə verir?

Son.az e-tibb.az-a istinadən ginekologiya, onkoginekologiya və laporoskopik cərrahiyyə üzrə mütəxəssis, uzman həkim Əkbər İbrahimovun bununla bağlı fikirlərini təqdim edir:

Uşaqlıq boynu xərçəngi dünya miqyasında qadınlar arasında ən çox görülən bədxassəli şişlər arasında dördüncü sıradadır. 2012-ci ildə dünyada 528.000 xanıma uşaqlıq boynu xərçəngi diaqnozu qoyulub, 266.000 qadın isə dünyasını dəyişib. Təəssüf ki, hər iki dəqiqədən bir bu səbəbdən 1 xanım dünyasını dəyişir.

Digər onkoginekoloji xəstəliklərdən fərqli olaraq daha gənç yaşlarda (44-49 yaş arası) rast gəlinir. Xəstəliyin daha çox yastı hüceyrəli (70%) və adenokarsinoma (25%) histoloji tipləri rast gəlinir.

Bu xəstəliyin əmələ gəlməsində mühüm rol oynayan faktor İnsan Papilloma Virusudur (HPV). Belə ki, bu xəstəlik zamanı HPV virusunun aşkarlanma ehtimalının  99.7% olduğu məlumdur.

Xəstəlik erkən mərhələdə çox zaman heç bir əlamət vermədən gedir. İrreqular və ya ağır vaginal qanama və ya postkoital qanama ən çox rast gəlinən əlamətləridir. Xəstəliyin diaqnozu ginekoloji müayinə və uşaqlıq boynu biyopsiyasından sonra qoyulur.

Uşaqlıq boynu xərçənginin inkişafına aşağıdakı faktorların səbəb olduğu bildirilib:  

Erkən yaşda cinsi aktivliyə başlamaq Bir neçə cinsi partnyorun olması Çoxlu cinsi partnyoru olan kişilərin daimi partnyoru olmaq İmmuniteti zəiflədən yanaşı ciddi xəstəliklərin olması (məsələn HİV ) Cinsi yolla keçən digər xəstəliklərin əvvəlcədən mövcud olması Müntəzəm siqaret çəkilməsi Bu, kifayət qədər ağır problem olduğundan müalicədən əvvəl xəstəliyin mərhələsi diqqətli şəkildə təyin edilməlidir. Xəstəliyin erkən mərhələ, yerli yayılmış və metastatik qrupda olduğu yalnız düzgün mərhələləndirmədən sonra bəlli olur.