Dəniz quldurları Türkiyə gəmisini ələ keçiriblər,


Dünya 23 Yan 2021 23:54:00 136 0

Dəniz quldurları Türkiyə gəmisini ələ keçiriblər,

Qvineya sahillərində Türkiyəyə məxsus "Mozart" adlı gəmi dəniz quldurları tərəfindən girov götürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə doğru üzən gəminin göyərtəsində 19 nəfər olub.

Məlumata əsasən, dəniz quldurları gəmidə olan ikinci mühəndis Fərman İsmayılovu qətlə yetiriblər, 15 nəfəri isə girov götürüblər.