Nigeriyada yanacaq maşını partlayıb, ölənlər var


Dünya 23 Yan 2021 21:54:00 109 0

Nigeriyada yanacaq maşını partlayıb, ölənlər var

Nigeriyanın cənub-şərqində qaz daşıyan avtomobil partlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış Aqbor şəhərində yerləşən qaz doldurma məntəqəsində baş verib.

Məlumata əsasən, partlayış nəticəsində 30 nəfər həlak olub, 17 nəfər yaralanıb. Yaxınlıqda yerləşən bir neçə yaşayış evinə ciddi ziyan dəyib.

İnsidentlə bağlı araşdırma aparılır.