İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər


Dünya 23 Yan 2021 20:47:00 101 0

İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər

Tehran ABŞ ilə Fars körfəzində təhlükəsizlik və neft satışı mövzularında əməkdaşlıq edə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

C.Zərif bildirib: "Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi məsələsində heç bir problem olmadığı kimi, neft məsələsində də sizinlə [ABŞ ilə - red.] əməkdaşlıq etmək üçün heç bir problem görmürük".

Onun sözlərinə görə, Fars körfəzindəki xarici qüvvələrin olması təhlükəsizliyə təhdiddir və ABŞ buranı tərk etməlidir.