Türkiyədə "Sputnik V" vaksini istehsal ediləcək


Dünya 23 Yan 2021 18:50:00 105 0

Türkiyədə "Sputnik V" vaksini istehsal ediləcək

Türkiyədə Rusiyanın "Sputnik V" vaksininin istehsalı başlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunur ki, istehsalla bağlı adıçəkilən fondla Türkiyənin aparıcı əczaçılıq müəssisəsi ilə razılaşma imzalanıb

İlkin mərhələdə Türkiyədə ildə 1 milyon doza "Sputnik V" vaksini istehsal olunacaq, gələcəkdə bu rəqəm artırıla bilər.