Larri Kinq vəfat etdi


Dünya 23 Yan 2021 17:38:00 107 0

Larri Kinq vəfat etdi

Məşhur amerikalı telejurnalisti Larri Kinq vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə televiziya jurnalistinin rəsmi "Twitter" hesabında deyilir.

Qeyd olunur ki, Larri Kinq bu gün səhər saatlarında 87 yaşında vəfat edib.

Xatırladaq ki, yanvarın 2-də CNN Larri Kinqın koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdi.